Tranzitin Qadağan Olunması

dövlətin öz ərazisindən başqa dövlətlərin – yüklərinin, nəqliyyat vasitələrinin və vətəndaşlarının keçib getməsinə qoyduğu qadağadır.
Tranzit Hesab
Trassant, Veksel Verən
OBASTAN VİKİ
Zamanın idarə olunması
Zamanın idarə edilməsi, vaxtın təşkili, taym-menecment (ing. time management) — vaxtın təşkili və ondan istifadənin səmərəliliyinin artırılması texnologiyasıdır. Zamanın idarə edilməsi — səmərəliliyi və məhsuldarlığı xüsusi olaraq artıran bir şəkildə xüsusi fəaliyyətlərə sərf olunan vaxta şüurlu nəzarəti öyrətmək aktı və ya prosesidir. Zamanın idarə edilməsi xüsusi tapşırıqları, layihələri və məqsədləri yerinə yetirərkən istifadə etmək üçün bir sıra bacarıqlar, alətlər və üsullar əldə etməyə kömək edə bilər. Bu anlayış geniş fəaliyyət spektrini əhatə edir, yəni: planlaşdırma, bölgü, məqsədin təyini, nümayəndə heyəti, vaxtın təhlili, monitorinq, təşkili, siyahıya alınması və prioritetləşdirmə. Əvvəlcə idarəetmə yalnız biznes və ya iş fəaliyyətinə aid edilirdi, lakin zaman keçdikcə bu termin eyni əsasla şəxsi fəaliyyətləri əhatə etməklə genişləndi. Zamanı idarəetmə sistemi proseslərin, alətlərin, texnika və metodların məcmusudur. Ümumiyyətlə, zamanın idarə edilməsi hər hansı bir layihənin inkişafında zəruridir, çünki o, layihənin tamamlanma vaxtını və həcmini müəyyən edir.
Qadağan olunmuş eşq
Qadağan olunmuş krallıq
Qadağan olunmuş krallıq (ing. The Forbidden kingdom) — 2008-ci ildə çəkilmiş Amerikan filmidir. Film "The Weinstein Company" və "Lionsgate"-in birgə fəaliyyəti nəticəsində çəkilmiş fantastik macəra filmidir. XVI əsrə aid "Qərbə Səyahət" romanından ilhamlanaraq çəkilən film Ceki Çan və Cet Linin birgə çəkildikləri ilk filmdir. == Məzmun == Filmdə Ceyson adlı bir nəfər Kunq-fu filmləri azarkeşidir. O, tez-tez kunq-fu filmlərinin disklərini almaq üçün Çin məhəlləsinə gəlir. Bir gün bir neçə nəfər onu disklərin satıldığı mağazanı qarət etmək üçün onu tutur və yolu göstərməsini istəyir. Onlar mağazanı qarət edəndə mağaza sahibi olan yaşlı adam onlara müqavimət göstərir. Onlardan biri atəş açır və güllə mağaza sahibinə dəyir. Mağaza sahibi Meymun krala məxsus olan əsanı Ceysona verir və onu sahibinə çatdırmağını istəyir.
Qadağan olunmuş kitabların siyahısı
Qadağan edilmiş kitablar — qanunla qadağan edilmiş kitablar və ya esse və ya pyeslər kimi nəşr olunmuş bədii əsərlərdir. Kitabların qadağan edilməsi praktikası siyasi, hüquqi, dini, mənəvi və ya (daha az) kommersiya məqsədlərindən senzuranın bir formasıdır.
Nigeriyada Tvitterin qadağan edilməsi
Nigeriyada Tvitterin qadağan edilməsi — Nigeriya hökumətinin 5 iyun 2021-ci ildən 13 yanvar 2022-ci ilə qədər "Twitter"ə rəsmi olaraq qadağan tətbiq edərək onun ölkədə fəaliyyətini məhdudlaşdırması. Qadağa "Twitter"in Nigeriya Prezidenti Məhəmmədu Buhari tərəfindən edilən tvitləri sildikdən və müvəqqəti olaraq fəaliyyətini dayandırdıqdan sonra baş vermişdir. O, əsasən Nigeriyanın cənub-şərqində yaşayan iqbo xalqını Nigeriyanın cənub-şərqində üsyana istinad edərək 1967-ci ildə Nigeriyada vətəndaş müharibəsinin potensial təkrarlanması ilə bağlı xəbərdar etmişdi. Nigeriya hökuməti iddia etmişdir ki, prezidentin tvitlərinin silinməsi onların qərarını şərtləndirmişdir, lakin nəticədə bu, Nigeriyanın korporativ varlığına xələl gətirə bilən fəaliyyətlər üçün platformanın davamlı istifadəsinə istinad edilərək onunla əsaslandırılmışdır ki, "Nigeriyada sosial media platforması ilə bağlı problemlərə əsaslanır, burada yayılan dezinformasiya və saxta xəbərlər real dünyada zorakı nəticələrə səbəb olur". Qadağa "Amnesty İnternational", Britaniya, Kanada və İsveçin Nigeriyadakı diplomatik nümayəndəlikləri, həmçinin Birləşmiş Ştatlar və Avropa İttifaqı tərəfindən birgə bəyanatla qınanmışdır. İki lokal təşkilat – Sosial-İqtisadi Hüquqlar və Hesabatlılıq Layihəsi (SERAP) və Nigeriya Vəkillər Kollegiyası qadağaya məhkəmədə etiraz etmək niyyətində olduqlarını bildirmişdilər. "Twitter" özü qadağanın "dərin narahatlıq yaratdığını" açıqlamışdır. Nigeriyanın qadağasından aylar əvvəl "Twitter"də qadağa tətbiq etmiş keçmiş ABŞ Prezidenti Donald Tramp qadağanı tərifləyərək "Twitter"i "təzəlikcə prezidentlərini blokladığı üçün qadağan edən Nigeriya ölkəsini təbrik edirəm" deyərək digər ölkələri də "Twitter" və "Facebook" platformaları "azad və açıq sözə icazə vermədiyi" səbəbiylə qadağan etməyə çağırmışdır. Nigeriyanın mədəniyyət naziri Lay Məhəmməd "Twitter" lokal lisenziyalaşdırma, qeydiyyat və şərtləri təqdim etdikdən sonra qadağanın qaldırılacağını bildirmişdir. O, qeyd etmişdir ki, "bu, yayım komissiyası tərəfindən lisenziyalaşdırılacaq və platformasının Nigeriyanın korporativ varlığına zidd olan fəaliyyətləri təşviq edənlər tərəfindən istifadə edilməsinə icazə verməməyə razı olmalıdır".
Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı
Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı (ing. Organisation for the Prohibition of Chemical Weapons) — Mərkəzi Hollandiyanın Haaqa şəhərində yerləşən beynəlxalq təşkilat. Təşkilat, kimyəvi silahların istifadəsinə dair müqaviləyə imza atmış dövlətlərin qaydalara əməl etməsini və kimyəvi silahların istifadəsindən çəkindirilməsi ilə məşğuldur. Eyni zamanda təşkilat aktiv müharibə zonalarında mümkün kimyəvi silahlardan istifadə edilməsi hallarını araşdırır. Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının fəaliyyət prinsipləri kimyəvi silahların istifadəsinə dair müqavilə də göstərilmişdir. Əsas orqanın iclası illik keçirilir və bütün üzv dövlət bərabər səsvermə hüququna malikdir. Üzv dövlətlər təşkil edilən görüşlərdə bir nəfər olmaqla nümayəndə və ya Hollandiyada yerləşən səfirliklərinin əməkdaşları hesabına qatılırlar. Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının sədri vəzifəsini 2010-cu ildən etibarən Türkiyədən olan nümayəndə Əhməd Üzücü icra edir.
Qadağan olunmuş eşq (teleserial, 2008)
Aşk-ı Memnu (teleserial) 4 Sentyabr 2008-ci ildə 24 İyun 2010-cu qədər Kanal D kanalında nəşr olunan və 2 mövsüm davam edən Türk romantik drama serialıdır. Kerem Çatay tərəfindən yaradılan dizi İstanbulda eyni evdə yaşayan iki insanın qadağan eşqini və ətraflarındakı həyatı mövzu alır. Serial, Halit Ziya Uşaklıgilin eyni adlı romanı əsasında ekranlaşdırılıb. Aşk-ı Memnu, Türk televiziya tarixinin ən məşhur və ən çox izlənilən serialı olmuşdur. Final bölümü, tamaşaçıların təxminən% 73.7'ini ekran başına çəkmişdir. Serial, atasının ölümündən sonra Adnan Bəy ilə evlənən Bihter Yöreoğlunu və yoldaşının qardaşıoğlu Bəhlül ilə yaşadığı "qeyri-etik" eşq üzərində sıxlaşır. Bihter və hələ universitetdə oxuyan əyləncə düşkünü Behlülün, Adnan Bəydən və evdə yaşayan digər insanlardan gizli bir münasibətləri olur. Onların həyatlarına və yaşadıqları dramatik hadisələrə Mademoiselle De Courton (Deniz), Firdevs Yöreoğlu, Peyker Önal, Nihal Ziyagil və Bülent Ziyagil ilə digərləri də daxil olur. Serialın ssenarisi Ece Yörenç və Mələk Gençoğlu tərəfindən yazılmışdır. Rejissor kreslosunda Hilal Saral yer almışdır.
Qadağan olunmuş krallıq (film, 2008)
Qadağan olunmuş krallıq (ing. The Forbidden kingdom) — 2008-ci ildə çəkilmiş Amerikan filmidir. Film "The Weinstein Company" və "Lionsgate"-in birgə fəaliyyəti nəticəsində çəkilmiş fantastik macəra filmidir. 16-ci əsrə aid "Qərbə səyahət" romanından ilhamlanaraq çəkilən film Ceki Çan və Cet Linin birgə çəkildikləri ilk filmdir. Filmdə Ceyson adlı bir nəfər Kunq-fu filmləri azarkeşidir. O, tez-tez kunq-fu filmlərinin disklərini almaq üçün Çin məhəlləsinə gəlir. Bir gün bir neçə nəfər onu disklərin satıldığı mağazanı qarət etmək üçün onu tutur və yolu göstərməsini istəyir. Onlar mağazanı qarət edəndə mağaza sahibi olan yaşlı adam onlara müqavimət göstərir. Onlardan biri atəş açır və güllə mağaza sahibinə dəyir. Mağaza sahibi Meymun krala məxsus olan əsanı Ceysona verir və onu sahibinə çatdırmağını istəyir.
Rusiyada transgender keçidini qadağan edən qanun
Rusiyada transgender keçidini qadağan edən qanun (həmçinin cinsiyyətin dəyişdirilməsini qadağan edən qanun ) 14 iyul 2023-cü ildə Dövlət Duması tərəfindən qəbul edilmiş, daha sonra 19 iyul 2023-cü ildə Federasiya Şurası tərəfindən təsdiq edilmişdir. Prezident Vladimir Putin tərəfindən sənəd imzalandıqdan sonra 24 iyul 2023-cü ildə qüvvəyə minmişdir. Qanun insan haqları müdafiəçiləri, LGBT fəalları və tibb ictimaiyyəti tərəfindən ciddi şəkildə tənqid edilib; Human Rights Watch bunu insan hüquqlarının pozulması kimi qiymətləndirib. Qanun transgender insanlar tərəfindən tələb olunan və beynəlxalq səviyyədə qəbul edilmiş standartlara daxil edilən tibbi müdaxilələri qadağan edir. Qanun həmçinin interseks uşaqlarda onların razılığı və ya tibbi zərurət olmadan cərrahi əməliyyatlar aparmaq hüququ verir. Human Rights Watch hüquq müdafiə təşkilatı qəbul edilən qanunu Rusiya hakimiyyəti tərəfindən LGBT hüquqlarına edilən hücumun davamı kimi səciyyələndirir. Belə ki, bundan öncə 2022-ci ilin dekabrında Dövlət Duması “LGBT təbliğatını” qadağan edən qanun qəbul etmişdi. Tənqidlərə cavab olaraq qanun layihəsi son variantda daha da sərtləşdirildi. pasportda cinsiyyət işarəsinin dəyişdirilməsini qadağan edir; anadangəlmə anomaliyaların, genetik və endokrin xəstəliklərin müalicəsi ilə bağlı olanlar istisna olmaqla, insanda digər cinsə keçid ilə bağlı tibbi müdaxilələri qadağan edir ( cərrahi əməliyyatlar, hormonal terapiya və s.) transgender nikahları ləğv edir; transgenderlərin uşaqları övladlığa götürmək və ya qəyyumluq etmək hüququnu rədd edir. Qanun həmçinin interseks uşaqlarda onların razılığı olmadan əməliyyatlar etmək hüququ verir, baxmayaraq ki, bu, bir qayda olaraq, tibbi baxımdan zəruri deyil və bu cür müdaxilələr uşaqların fiziki və psixi sağlamlığı üçün risklər daşıyır.
Neftayırma və Neft-Kimyada Mikroproseslərdən İstifadə olunması (1984)
Kinolentdə neftayırma və neft-kimyada mikroproseslərdən istifadə olunması və bunun əhəmiyyəti haqqında danışılır. Film Ümumittifaq Elmi-Tədqiqat Neft İnstitutunun sifarişi ilə çəkilmişdir. Rejissor: Vyaçeslav Mixaylov Ssenari müəllifi: Leonid Tahirov Operator: Nemət Rzayev Səs operatoru: Şamil Kərimov Ümumittifaq Elmi-Tədqiqat Neft İnstitutu Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 332.
Qiymətli kağızlar bazarının iştirakçıları və onun idarə olunması
Qiymətli kağızların ikinci bazarının iştirakçıları dövlət, səhmdar cəmiyyətləri, qiymətli kağızlar bazarının peşəkarları olan mütəxəsislər, müxtəlif investisiya təsisatları, kommersiya bankları, fond mərkəzləri və mağazaları, digər təsərrüfat subyektləri, həmçinin vətəndaşlardır. Qiymətli kağızların ikinci bazarının hər bir iştirakçısının öz yeri var. Lakin onların içərisində ən böyük diqqəti investisiya təsisatları cəlb edir. İnvestisiya təsisatlarının qiymətli kağızlar bazärındakı fəaliyyətinın lisenziyalaşdırılması onların bu sahədəki fövqəladə rolunun birinci meyarı kimi qəbul olunur və axırıncı maliyyə ilinin nəticələrinə görə investisiya təsisatının gəlirinin əsas hissəsi qiymətli kağızlarla bağlı olmayan fəaliyyətdən əldə olunubsa lisenziya geri çağırıla bilər yaxud, onun qüvvəsi dondurula bilər. İnvestisiya təsisatları müxtəlif təşkilati-hüquqi formada çıxış edə bilər. Lakin, bu ümumi qaydadır və hər blr ölkədə onu dəqiqləşdirən bir sıra məhdudiyyətlər ola bilər ki, onlar da konkret ölkədə qüvvədə olan normalardan və qiymətli kağızlar bazarının iştirakçılarının fəaliyyətinin səciyyəsindən irəli gələ bilər. İnvestisiya təsisatlarına aşağıdakılar aiddir: Maliyyə brokerlərl; İnvestisiya məsləhətçiləri; İnvestisiya şirkətləri; İnvestisiya fondları. Maliyyə brokerləri. Bunlar hüquqi şəxsdir və onları fiziki şəxs olan brokerlərlə qarışdırmaq olmaz. Onlar müştəriyə komisyon müqaviləsi əsasında yaxud, müştərinin tapşırığı ilə yaxud müştərinin vəsaiti hesabına qiymətli kağızların alqı-satqısını həyata keçirir və bu zaman vasitəçi (agent) funksiyalarını icra edir.
Neftayırma və neft-kimyada mikroproseslərdən istifadə olunması (film, 1984)
Kinolentdə neftayırma və neft-kimyada mikroproseslərdən istifadə olunması və bunun əhəmiyyəti haqqında danışılır. Film Ümumittifaq Elmi-Tədqiqat Neft İnstitutunun sifarişi ilə çəkilmişdir. Rejissor: Vyaçeslav Mixaylov Ssenari müəllifi: Leonid Tahirov Operator: Nemət Rzayev Səs operatoru: Şamil Kərimov Ümumittifaq Elmi-Tədqiqat Neft İnstitutu Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 332.
Türk dilinin dövlət dili elan olunması haqqında qərar (1918)
Türk dilinin dövlət dili elan olunması haqqında qərar — Rusiya işğalından (1813) bəri Şimali Azərbaycanda türk dilinin dövlət dili kimi işlədilməsi haqqında ilk sənəd. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1918-ci il 27 iyun tarixli həmin qərarına əsasən, türk dili bütün ölkə ərazisində dövlət dili elan edildi. Bu qərar ana dilinin dövlət dili kimi işlədilməsinə aid ilk sənəddir. Bütün məhkəmə inzibati idarəçilik və digər vəzifələrin başında duranlar bu dili lazimi səviyyədə öyrənənədək Hökumət idarələrində rus dilindən də istifadə olunmasına yol verilirdi. Qəranın icrası ilə bağlı, milli kadrlar hazırlanmalı, bu sahədə tədris işi yenidən qurulmalı idi. Təhsilin milliləşdirilməsi bu sahədə atılan ilk addımlardan oldu. Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il 28 avqust tarixli qərarına əsasən bütün ibtidai tədris müəssisələrində təhsil ana dilində aparılmalı və dövlət dili olan türk dilinin tədrisi icbari surətdə həyat keçirilməli idi. 1918-ci il dekabrın 27-də Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəyin əmri ilə Azərbaycan-türk dili orduda da dövlət dili qəbul edilmişdi. Hökumət 1919-cu il fevralın 11-də Azərbaycan milli ordusunda türk dilində süvari qoşunları nizamnaməsinin təsdiqi haqqında qərar qəbul etmişdi. Azərbaycan Parlamentinin istifadə etdiyi dil dövlət dili statusuna malik Azərbaycan türkcəsi idi.
Ən dərin quyuların qazılmasında BU-6500 qurğusundan istifadə olunması (film, 1979)
Ətraf mühitə təsir vasitələrindən hərbi və ya başqa bir düşmən istifadəsinin qadağan edilməsi haqqında Konvensiya
Ətraf mühitə təsir vasitələrindən hərbi və ya başqa bir düşmən istifadəsinin qadağan edilməsi haqqında Konvensiya (ing. Environmental Modification Convention или ENMOD) — iştirakçılarına biota, litosfer, hidrosfer daxil olmaqla, Yerin dinamikasını, tərkibini və quruluşunu dəyişdirmək üçün təbii proseslərin qəsdən idarə olunması yolu ilə ətraf mühitə təsir vasitələrindən hərbi və ya başqa bir düşmən istifadəsi ilə qadağan edən BMT-nin əsas sənədlərindən biri, atmosfer və ya xarici məkan. Konvensiyanın inkişafı SSRİ-nin təşəbbüsü ilə başlandı, imzalanma üçün açılışı 18 may 1977-ci ildə baş verdi və 5 oktyabr 1978-ci ildə qüvvəyə mindi. 1997-ci ilin ortalarından etibarən, SSRİ-nin hüquqi varisi kimi Rusiya Federasiyası da daxil olmaqla 58 dövlət iştirakçı oldu. Müqavilə çərçivəsində iştirakçılar təbiətə yaradıcı təsir və ətraf mühitin dinc istifadəsi sahəsindəki işlər barədə elmi və texniki məlumat mübadiləsində əməkdaşlıq etməyi öhdələrinə götürürlər. Konvensiya konstruktiv məqsədlər üçün təbii proseslərə təsirində maneə yaratmır, lakin müddəalarına bütün iştirakçı dövlətlər tərəfindən ciddi şəkildə əməl olunmasını təmin etmək üçün bir sıra sərt tədbirləri nəzərdə tutur. Konvensiyanın müddəalarının pozulması barədə məlumat varsa, istənilən dövlət birbaşa BMT Təhlükəsizlik Şurasına şikayət etmək hüququna malikdir . Bundan əlavə, hər hansı bir iştirakçı ölkənin ətraf mühitdəki şübhəli hadisələrin faktiki hallarını aydınlaşdırmaq və qiymətləndirmək üçün bir aydan gec olmayaraq toplanmalı olan bir Mütəxəssis Məşvərət Komitəsinin çağırılması üçün BMT Baş Katibinə rəsmi bir müraciət göndərmək hüququ vardır. Konvensiyanın razılaşmalarının müddəti məhdud deyil, açıq sənəddir, yəni hər bir dövlət istənilən vaxt müstəqil olaraq ona qoşulmaq hüququna malikdir. Mətni giriş, on məqalə və Əlavədən ibarətdir.